AZ

Вход через WhatsApp

Без пароля — отправим код на ваш номер.

3 фото

Об объекте

Земельный участок
149,65 sot
Тип
Земельный участок

Qəbələ aeroportunu ərəblər alıbmış ona göre cüzi qaldırdım qiyməti. Növbəti sezona qalsa yenidən qaldıracam. Çünki çox məşhur bir restoran bizim kəndə köçəcək. Bu da avtomatik turist axınını çoxaldacaq. Qəbələ, Çuxur Qəbələ kəndində satılıq torpaq sahəsi – 149.65 sot Qəbələ rayonunun ən məşhur istirahət zonalarından biri olan Çuxur Qəbələ kəndində, əlverişli mövqedə yerləşən 149.65 sot torpaq sahəsi satılır. Ərazi haqqında: Kənd özü artıq tanınmış turizm və istirahət mərkəzinə çevrilib – ərazidə istirahət guşələri, restoranlar, tarixi-bədii qoruq və otel fəaliyyət göstərir. Bu da ərazinin gələcəkdə dəyərinin daha da artacağına zəmanət verir. Torpaq sahəsinin xüsusiyyətləri: Sahə: 149.65 sot Hazırda fındıq bağı kimi istifadə olunur 950–1000 ədəd fındıq ağacı mövcuddur Baxımdan asılı olaraq hər il orta hesabla 3–5 ton fındıq məhsulu verir Bağa mütəmadi olaraq gübrələmə, suvarma və təmizlik işləri aparılır Ərazinin ətrafından təbii kanal keçir – suvarma üçün olduqca əlverişlidir Nə üçün sərfəlidir: Bu torpaq sahəsi həm gəlirli fındıq təsərrüfatı kimi istifadə üçün, həm də turizm zonasında yerləşməsi səbəbindən gələcəkdə istirahət kompleksi, qonaq evi və ya mehmanxana tikintisi üçün əla investisiya imkanıdır. Hissə-hissə satılmır. Təsərrüfat təyinatlı kupça mövcuddur. Ətraflı məlumat və baxış üçün əlaqə saxlayın. Whatsapp da yazsanız əla olar. İşdə zəngi aça bilməmə ehtimalım var.

Расположение

Приблизительное расположение — точный адрес в объявлении не указан.

Открыть на источнике — Tap.az