Əmlak haqqında
- Otaq sayı
- 1
- Sahə
- 2200 m²
- Növü
- Həyət evi / Villa
İsmayıllı, İvanovka kəndində 22 sot torpaq, şəraitli yaşayış evi və tikinti layihəsi olan mülk satılır.Rahat kənd həyatı, ailəvi istirahət və ya turizm biznesi (aqroturizm, qonaq evləri) üçün ideal seçimdir. Hər şey özümüz üçün xüsusi keyfiyyətlə və etibarlı hazırlanıb. ✨ ƏSAS ÜSTÜNLÜKLƏRİ VƏ SƏNƏDLƏR:Sənədlər: Tam qaydasindədir, Çıxarış (Kupça) var. Yeni böyük evin tikintisi üçün rəsmi icazə alınıb və bildiriş göndərilib (hər şey qanunidir).22 sot torpaq sahəsi: Tamamilə təmizlənmiş ərazidir, yararsız ağaclar və kol-kos yoxdur. Həyətin birinci hissəsi hamardır, təsərrüfat zonasından sonra aşağıya doğru bir az təbii maililik var. Bunun sayəsində həyətdən Böyük Qafqaz dağlarına heç vaxt qapanmayan, həm yayda, həm də qışda möhtəşəm və ecazkar panoram mənzərə açılır (aşağıdakı qonşular mənzərəni kəsmir). Bu mülk əsl zövq sahibləri üçün ideal bir məkandır.Hasar və darvaza: Ərazini bir hissəsi hündür profnastil hasarla əhatə olunub. Moskvadan xüsusi sifarişlə gətirilmiş çarxlar (roliklər) üzərində beton bünövrəli sürüşmə (otkatnoy) darvaza quraşdırılıb. Pultla açılan motorun qoşulması üçün xüsusi port hazırdır. Girişdə gecə vaxtı rahatlıq üçün güclü proyektor quraşdırılıb. 🏡 HƏYƏTDƏKİ TİKİLİLƏR:Köhnə yaşayış evi (bütün şəraitlə):Otaqların vəziyyəti: Qismən təzə təmir olunub. Otaqlardan birində və mətbəxdə təbii taxta (vaqonka) ilə keyfiyyətli üzlənmə işləri aparılıb və müasir LED işıqlar quraşdırılıb. Sanuzel (vanna otağı) tam hazırdır və təchiz olunub (duş, tualet, paltaryuyan maşın). Bir böyük otaq isə təmirsiz (yenilənmədən) saxlanılıb — öz zövqünüzə uyğun kosmetik təmir etmək üçün əla fürsətdir. Mətbəx və istilik: Mətbəxdə quraşdırılmış qaz plitəsi və qabyuyan maşın mövcuddur. İstilik sistemi — çox qənaətcil İran qaz peçidir. Elektrik naqilləri tamamilə yenidir, qoruyucu avtomatlar və gərginlik relesi quraşdırılıb. Həyət: Evin qarşısında yay mətbəxi (raqvina, plitə, şkaf, tezgah) olan geniş naves (veranda) yerləşir. Yeni yarımçıq tikili: Yeni ev olduqca keyfiyyətli, möhkəm lent bünövrə tökülüb, 30x30 ölçüdə 9 ədəd güclü beton kolon ucaldılıb və üzərindən 30x35 ölçüdə möhkəm kəmər (kəmər lent) vurulub. Pəncərə və qapı yerləri hazırdır. Bu tikili xüsusilə Şale (Chalet) üslubunda müasir dağ evi dizaynı ilə tamamlamaq üçün mükəmməl və çox dözümlü bir təməldir. Dam örtüyünü və daxili planı öz ehtiyaclarınıza və zövqünüzə uyğun tamamlaya bilərsiniz. 💧 AVTONOM KOMMUNİKASİYA VƏ KƏSİLMƏZ SU:Qaz və Kanalizasiya: Daimi qaz xətti qoşulub. Fərdi əsaslı kanalizasiya sistemi (şambo/septik) var.Kəsilmez su təminatı: Həm dövlət daimi su xətti, həm də suvarma üçün dağ (kolxoz) suyu çəkilib. Zirzəmidə 1700 litrlik ehtiyat çənlər və avtomatlaşdırılmış güclü nasos (hidrofor) quraşdırılıb, su evdə və həyətdə həmişə əla təzyiqlə (naporla) gəlir. Təsərrüfat zonası: Böyük qapalı toyuq hini var, bura ayrıca su və işıq xətləri qoшulub. Hinin yanında daha bir 1000 litrlik (1 tonluq) çən yerləşir. Həyətdə ümumi su ehtiyatı 2700 litrdir (2.7 ton).